Saatlıda yol qəzasında ana və oğul ölüb

Median.Az xəbər verir ki, Bəylik kəndi ərazisində Bakı sakini Şamo Qəmbərovun idarə etdiyi “Opel” markalı avtomobil yol kənarındakı dirəyə çırpılıb.

Nəticədə sərnişinlər – Kəmalə Qəmbərova və onun oğlu Rauf (2017-ci il təv.) hadisə yerində ölüblər.

Saatlı RPŞ-də faktla bağlı araşdırma aparılır.