Tərtərdə heroin satan şəxs saxlanılıb

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olan Vidadi Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə – heroin götürülüb.

Növbəti əməliyyat zamanı, noyabrın 7-də Vidadi Məmmədova heroini satan rayon sakini Səxavət Axundov tutulub. Onun yaşadığı evə baxış zamanı 201,47 qram heroin, 24,2 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib.

RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.