Binəqədi rayonunda “VAZ” naməlum piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, noyabrın 13-ü saat 18 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Nahid Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 50-55 yaşlı kişini vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi RPİ-də faktla bağlı araşdırma aparılır.