Binədə axtarışda olan şəxsin evindən narkotik maddəllər tapılıb

Xəzər RPİ 2-ci polis şöbəsi və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Rizvan İbrahimov saxlanılıb.

Onun Binə qəsəbəsindəki evinə baxış zamanı 189,415 qram heroin, 4,497 qram tiryək, 9,899 qram marixuana və 37 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *