Bərdədə “VAZ 21013” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, noyabrın 15-i saat 18 radələrində Bərdə şəhərində Tərtər rayon sakini Fərid Xanlarzadə idarə etdiyi “VAZ-21013” markalı avtomobillə şəhər sakini Zərniyar Abbasovanı vurub.

Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş piyada orada ölüb.

Bərdə RPŞ-də faktla bağlı araşdırma aparılır.