Bakının məşhur restoranında yanğın: insanlar təxliyyə edildi

Bakının mərkəzində yerləşən “Tərxun” restoranında yanğın baş verib.

FHN-dən verilən məlumata görə, yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Onlardan heç biri xəsarət almayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Faktla bağlı araşdırma aparılır.