Qusar sakini vətəndaşın bank kartından pul oğurlayıb

Median.Az xəbər verir ki, Qusar RPŞ-nə müraciət edən şəhər sakini A.Həsənov bankomat kartının oğurlandığını və hesabındakı 790 manat pulun çıxarıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Piral kənd sakini Nəbi Butayev müəyyən edilərək, saxlanılıb.

RPŞ İstintaq bölməsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *