Pakistanda mədrəsə önündə partlayış: 25 ölü, 35 yaralı

Pakistanda mədrəsə önündə terror aktı baş verib.

Terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 25 nəfər ölüb, 35 nəfər yaralanıb.

Hadisə Hayber-Pahtunxva əyalətinin Hanqu şəhərində baş verib.

Yaralanan şəxslər Koxat dairəsinin xəstəxanasına yerləşdirilib.