Səbail rayonunda “Hyundai” 3 piyadanı vurub, onlardan biri ölüb

Median.Az xəbər verir ki, noyabrın 28-də Neftçilər prospektində Bakı şəhər sakini Natiq Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə Qəbələ rayon sakini Tərxan Bayramlını, paytaxt sakinləri Nahid Bəndəliyevi və Nicat Rəsulovu vurub.

Nəticədə N.Bəndəliyev hadisə yerində ölüb, xəsarət alan digər iki piyada Kliniki Tibbi Mərkəzə yerləşdirilmişlər.

Səbail RPİ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *