Zərdabda “VAZ 21064” azyaşlı uşağı vurub, öldürüb

Median.Az xəbər verir ki, noyabrın 29-u saat 12 radələrində Zərdab şəhərində rayon sakini Vüsal Mehdiyev idarə etdiyi “VAZ-21064” markalı avtomobillə şəhər sakini, azyaşlı Turan Şəmmədovu vurub.

Nəticədə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmiş uşaq orada ölüb.

Zərdab RPŞ-də faktla bağlı araşdırma aparılır.