Buldakov: Bakıya gəlməyi arzulayıram

Mən Bakının məndə yaratdığı təəssürat altındayam.

Median.Az-ın məlumatına görə, bu fikirləri Media.az saytına müsahibəsində Rusiya Federasiyasının xalq artisti Aleksey Buldakov səsləndirib.

“Bu sadəcə istək deyil, Bakıya gəlmək mənim arzumdur”, – deyə aktyor bildirib.

Artistin sözlərinə görə, o sonuncu dəfə Bakıda 12-15 il əvvəl olub:

“Çəkilişlər var idi. Mənim indiyə qədər şəhər və insanlar barəsində xoş xatirələrim qalıb. Arzu edirəm Bakı daha da inkişaf etsin və ucalsın”, – deyə o müsahibəsində bildirib.