Neftçala polisi narkotik satan şəxsi saxlayıb

Median.Az xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Aşağı Qaramanlı kənd sakini Əfqan Nağıyevdən 12 qram marixuana götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq, baxış zamanı onun evindən 1 kq. 600 qram, həyətyanı sahəsindən isə 2 kq. 650 qram marixuana aşkar edilib.

RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *