Neftçalada yol qəzasında 1 nəfər ölüb

Median.Az xəbər verir ki, Qaravəlli kəndi ərazisində, şəhər sakini Vasif Qurbanov idarə etdiyi “VAZ-21214” markalı avtomobili qarşıda gedən rayon sakini Bəğəli Şirinovun idarə etdiyi “T-28” markalı traktora, sonra isə rayon sakini Şahmar Ələkbərovun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə vurub.

Nəticədə V.Qurbanov hadisə yerində ölüb.

Neftçala RPŞ-də faktla bağlı araşdırma aparılır.