Nizami rayonunda qadının cibindən pul oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 4-də paytaxt sakini olan bir qadının cibindən, içərisində 106 manat olan pulqabısını oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Hüseynov saxlanılıb.

Nizami RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *