Masallıda “Mercedes” qaz borusuna çırpılıb, sürücü ölüb

Median.Az xəbər verir ki, Öncəqala kəndi ərazisində, kənd sakini Müşviq Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolun kənarındakı qaz borusuna çırpılıb.

Nəticədə sürücü Mərkəzi rayon xəstəxanasında ölüb.

Masallı RPŞ-də faktla bağlı araşdırma aparılır.