Qazax polisi piyadanı vurub, qaçan sürücünü saxlayıb

Median.Az xəbər verir ki, dekabrın 5-i saat 20 radələrində Çaylı kəndi ərazisində Tərtər rayon sakini İsgəndər Əsədli müəyyən edilməmiş avtomobillə vurulub.

Nəticədə piyada ağır xəsarətlərlə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-21074” markalı avtomobilin sürücüsü, rayon sakini Elsevər Musayev saxlanılıb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.