Hacıqabulda yol qəzasında 1 nəfər ölüb

Median.Az xəbər verir ki, Hacıqabul şəhərinin ərazisində, şəhər sakinləri Amil Hüseynovun idarə etdiyi “VAZ-21015” və Balakərim Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə A.Hüseynov hadisə yerində ölüb.

Hacıqabul RPŞ-də faktla bağlı araşdırma aparılır.