Quba rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da Qaraçay kəndi ərazisində, kənd sakini İftixar Məmmədovun mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən və onu döyən həmkəndlisi, əvvəllər məhkum olunmuş Söhrab Baratov saxlanılıb.

RPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğnçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *