Xocasəndə qadını vurub, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, dekabrın 8-i saat 21 radələrində Xocasən qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Leyla Şıxməmmədova vurulub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, o buraxılıb.

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “MAZ” markalı avtomaşının sürücüsü Vüqar Şirinov saxlanılıb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.