Bakıxanovda “Mercedes” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, dekabrın 21-də Bakıxanov qəsəbəsində, Bakı şəhər sakini Fikrət Şəfiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə paytaxt sakini Nicat Kərimovu vurub.

3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilmiş piyada ölüb.

Sabunçu RPİ-də faktla bağlı araşdırma aparılır.