Sumqayıtda “VAZ 2104” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, dekabrın 21-də Sumqayıt şəhəri ərazisində, şəhər sakini Qüdrət Hüseynov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə Cəbrayıl rayon sakini Xeyransa Bayramovanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ-də faktla bağlı araşdırma aparılır.