Azərbaycanda müəllim qumbara ilə özünü partlatdı – YENİLƏNİB

Nemət Bayramov sonuncu dəfə ötən gün liseydə olub.

Bu barədə oxu.az-a Gədəbəy peşə liseyindən məlumat verilib.

Bildirilib ki, Nemət Bayramov problemli adam olmayıb:

“Nizam-intizamlı müəllim idi. Dekabrın 25-də şagirdlərə dərs keçib. Dünən dərsi olmayıb, amma həyat yoldaşı ilə liseyə gəlib. Onun həyat yoldaşı da liseydə kitabxanaçı işləyir”.

Liseydən bildirilib ki, Nemət Bayramovun bir qızı var:

“O da ailə həyatı qurub. Görünür, ailə problemləri olub. Liseylə əlaqəli heç bir problem yaşanmayıb”.

* * * * *

Gədəbəydə müəllim intihar edib.

1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov əl qumbarasını əlində partladaraq həyatına son qoyub.

Qeyd edək ki, Nemət Bayramov peşə liseyinin müəllimi olub.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.