Gəncədə çay evində qətl baş verib

Median.Az xəbər verir ki, yanvarın 7-də Gəncə şəhərindəki çay evlərinin birində şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədovun münaqişə zəminində orada işləyən xalası oğlu, əvvəllər məhkum olunmuş Valeh Zeynalovu bıçaqla qətlə yetirib və hadisə yerindən uzaqlaşıb.

Daxil olmuş məlumatla əlaqədar Gəncə ŞBPİ və şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinin müaqinəsi aparılıb.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Gəncə şəhər prokurorluğunda CM-nin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *