Dünya Bankı neftin qiyməti üzrə proqnozunu aşağı saldı

Dünya Bankı 2019-2020-ci illər üçün neftin bir barelinin orta qiyməti ilə bağlı proqnozunu iki dollar aşağı salıb.

Bankın yanvar ayı ərzində dünya iqtisadiyyatının perspektivlərinə dair hesabatına görə, neftin qiyməti 67 dollar səviyyəsində müəyyən edilib.

Dünya Bankı bu proqnozun qeyri-müəyyənliyini “çox yüksək” qiymətləndirib.

“2019-2020-ci illərdə neftin bir barelinin qiyməti 67 dollar səviyyəsində gözlənilir ki, bu da iyun ayında proqnozlaşdırılandan iki dollar aşağıdır”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *