Bakı-Sumqayıt qatarları iki gün işləməyəcək

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.

Bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumata görə, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12 və 13-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *