Narkotiklərin saxlanılması və satışı ilə əlaqədar 6 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə sakinləri Seyran Məmmədovdan 480 qram, Ağamirzə Məmmədovdan isə 450 qram marixuana götürülüb.

Bundan başqa, Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Əliyevdən 480 qrama yaxın marixuana aşkar ediblər.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Taleh Qaraşovdan 458 qram marixuana, şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyyam Məmmədovun evindən isə 470 qram marixuana götürülüb.

Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Hasilovdan 5,13 qram marixuana götürülüb. Araşdırma zamanı onun evindən 410 qram marixuana aşkar edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.