Hava şəraiti Bakıdan uçuşlara təsir edibmi?

Paytaxt ərazisində müşahidə edilən hava şəraiti Azərbaycan Hava Yollarının hərəkət cədvəlinə təsir göstərməyib.

Bu barədə oxu.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

Onun sözlərinə görə, bütün reyslər qrafik üzrə gedir:

“Paytaxt ərazisində mövcud vəziyyət Heydər Əliyev Hava Limanının işinə heç bir mənfi təsir göstərməyib. Hazırkı vəziyyətdə bütün reyslər qrafik üzrə hərəkət edir”.