Sabunçu rayonunda keçmiş məhkumdam avtomat götürülüb

Median.Az xəbər verir ki, Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında paytaxt sakini, əvvəllər məhkum olunmuş Çingiz Maşallayevi saxlayıblar.

Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “AKM” markalı avtomat, 21 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

Dindirmə zamanı Ç.Maşallayev silah-sursatın ona məxsus olduğunu və bir müddət əvvəl Ramana qəsəbəsindən tapdığını bildirib.

Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silhaı, sursatı əldə etmə, satma, gəzdirmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *