Qaradağ polisi nakrotiklə əlaqədar 2 nəfəri saxlayıb

Median.Az xəbər verir ki, Qaradağ RPİ 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbir nəticəsində Xocəsən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan – heroin və marixuana, yaşadığı evdən 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası aşkar edilib.

Bundan başqa, 38-ci polis bölməsinin əməkdaşları paytaxt sakini N.Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin aşkar edilib.

Qaradağ RPİ İstintaq şöbəsində faktlarla bağlı cinayət işləri başlanılıb.