Küləyin fəsadları: Bakıda 100-ə yaxın ağac aşıb, maşınlara ziyan dəyib

Güclü külək nəticəsində Bakıda 100-ə yaxın ağac aşıb.

Bu barədə oxu.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilir ki, yanvarın 16-dan başlayan güclü külək nəticəsində paytaxtın müxtəlif ərazilərində ağacların aşması qeydə alınıb:

“Bəzi yerlərdə ağacların aşması və ya budaqlarının sınması zamanı üç maşına ziyan dəyib. Xəsarət qeydə alınmayıb. Eyni zamanda, dörd elektrik dirəyi aşıb, iki qaz xətti əyilib”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *