Sabah dərs olacaq?

Respublika ərazisində altı günlük tədris sistemi olan məktəblərdə sabah dərslər keçiriləcək.

Bu barədə oxu.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri 17-18 yanvar tarixlərinə aiddir.

Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam etdiriləcək.

Qeyd edək ki, Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *