“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Rusiyada tutuldu

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Rusiyada tutulub.

Median.az report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 35 yaşlı Kənan Kazımov Moskvada saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün işlər davam etdirilir.