Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər olacaq – “20 Yanvar”la əlaqədar

20 Yanvar faciəsinin 29-cı ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər olacaq.

Nizami Kino Mərkəzi 20 Yanvar faciəsi ilə əlaqədar repertuarda bəzi dəyişikliklər edib.

Belə ki, yanvarın 20-də kinomərkəzin repertuarında olan komediya janrında filmlərin nümayişi dayandırılacaq.

Repertuara, Salnamə Sənədli Filmlər Studiyasında, rejissor Xamiz Muradovun çəkdiyi, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələri əks etdirən “Azadlığa gedən yollar ” filmi daxil ediləcək.

Seansların vaxtı: Yanvarın 19-da saat 14:00-da;

Yanvarın 20-də saat 15:30 -da;

Seanslara giriş sərbəstdir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *