Masallıda oğurluq edən 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 27-də mağazadan 180 manat, tütün məmulatı və danışıq kartları oğurlayan Salyan rayon sakini, əvvəllər məhkum olunmuş
İsmayıl İsmayıllı saxlanılıb.

Bundan başqa, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də rayon ərazisindəki evdən 8.667 manat oğurlayan rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Tağıyev saxlanılıb.

Masallı RPŞ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 15-də rayon sakini A.Bəgişova məxsus yardımçı təsərrüfatdan 3 baş qoyun oğurlayan rayon sakinləri, əvvəllər məhkum olunmuş Vücad Bayramov və Sadiq Xankişiyev saxlanılıblar.

RPŞ İstintaq bölməsində faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *