Şamaxıda bıçaqlanma olub

Şamaxıda bıçaqlanma hadisəsi olub.

Median.az Oxu.Az-a istinadən xəbər verir verir ki, hadisə saat 21.00 radələrində baş verib.

Şamaxı şəhər sakini, 1992-ci il təvəllüdlü Həsənli Hasil Faiq oğlu naməlum şəraitdə bıçaqlanıb. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hazırda cərrahiyə blokunda əməliyyat davam edir.

Həkimlərin verdiyi məlumata görə, H. Həsənlinin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.