Sabunçu polisi heroin satan şəxslər saxlayıb

Median.Az xəbər verir ki, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Ağayevdən 3 qram heroin aşkar edilib.

Onun yaşadığı evdən 1,2 kq. heroin götürülüb.

Bundan başqa, Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb, şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülüb.

Onun Maştağa qəsəbəsi ərazisində, yarımtikilidə gizlətdiyi əlavə olaraq 510 qram heroin polis əməkdaşları tərəfindən aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *