Paytaxtda dələduzluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sabunçu RPİ 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Bakı şəhər sakini N.Quliyevin mobil telefonunu dələduzluq yolu ilə ələ keçirən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Məmmədli saxlanılıb.

Bundan başqa, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən ötən il noyabrın 21-də paytaxt sakini E.Nəbiyevə qarşı dələduzluq edən Qax rayon sakini, əvvəllər məhkum olunmuş R.Səfərov saxlanılıb.

Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən ötən il dekabrın 15-də paytaxt sakini X.Kamilova qarşı dələduzluq edən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qanbayev saxlanılıb.

Faktlarla bağlı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *