Sumqayıtda qadını bıçaqlayan şəxs saxlanılıb


Median.Az
xəbər verir ki, yanvarın 23-ü saat 6 radələrində Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə şəhər sakini olan qadının bıçaq xəsarəti ilə Təcili Tİbbi Yardım xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən Abşeron rayon sakini R.Nəcəfov saxlanılıb.

Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *