Faciəvi şəkildə ölən deputat oğlu sabah dəfn ediləcək

Millət vəkili Əsabil Qasımovun yanvarın 23-də İsveçrədə qış turizm mərkəzində faciəvi şəkildə vəfat edən oğlu Elçin Qasımov sabah dəfn ediləcək.

Bu barədə İmişli rayonundan deputat seçilmiş Ə.Qasımovun köməkçisi Rauf Həşimov məlumat verib. O bildirib ki, Elçinin cənazəsinin bu gecə İstanbul vasitəsi ilə Bakıya gətirilməsi nəzərdə tutulub. 29 yaşlı gənc Qurd qapısı məzarlığında dəfn ediləcək.

Qeyd edək ki, Ə.Qasımov millət vəkili olmaqla yanaşı “Karat Holding”in rəhbəridir. Elçin Qasımov böyük qardaşı Talehlə birgə həmin şirkətdə rəhbər vəzifə tutub və bir neçə gün əvvəl dostları ilə İsveçrəyə istirahətə gedib.//publika.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *