Bakıda marketdə satıcını döyən gənc məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Qəhrəman Aslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az Report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Q.Aslanov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ittiham aktına əsasən, hadidə ötən ilin iyun ayının 12-də Bakı şəhəri Nərimanov rayonu ərazisində baş verib. 2000-ci il təvəllüdlü Q.Aslanov həmin ərazidə yerləşən marketdə satıcı işləyən Anar Rəhimlinin baş nahiyəsinə rezin dəyənəklə vuraraq quldurluq edib.

Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməyib.