Sumqayıtda “VAZ 21012” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, fevralın 1-i saat 22 radələrində H.Z.Tağıyev qəsəbəsində, qəsəbə sakini Ramin Cavadov idarə etdiyi “VAZ-21012” markalı avtomobillə şəhər sakini Pərviz Musazadəni vurub.

Nəticədə piyada hadisə yerində ölüb, sürücüyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sumqayıt ŞPİ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *