Gələn həftə bu ölkənin NATO-ya üzvlüyü rəsmiləşəcək

Fevralın 6-da Belçikanın paytaxtı Brüssel şəhərində Şimali Makedoniya Respublikasının NATO-ya üzv qəbul edilməsinə dair protokol imzalanacaq.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Twitter” hesabında yazıb.

“Fevralın 6-da tarix yazacağıq: NATO müttəfiqləri xarici işlər naziri Nikola Dimitrovla gələcək Şimali Makedoniya Respublikasının bu təşkilata qoşulmasına dair protokolu imzalayacaqlar”, – deyə o qeyd edib.