Şirvanda evdən oğurluq edən 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 16-da evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlayan Hacıqabul şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Rəşad Ağamalıyev və Yevgeniy Vatolin saxlanılıblar.

ŞPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *