Şəmkirdə yük maşını aşdı, kərpic yola dağıldı – FOTO

Bakı-Qazax avtomobil yolunda yük maşını aşıb.

Median.Az xəbər verir ki, hadisə magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata əsasən, sürücü dönmə əməliyyatı zamanı idarəetməni itirib və yük maşınını aşırıb.

Nəticədə maşının yük yerindəki kərpiclər yola tökülüb.

Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *