Kişinin üzünə yumruq vurub, pulunu oğurladı

Xocəsən qəsəbə sakini N.İsmayılov Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edərək, fevralın 11-də qəsəbə ərazisindəki kafelərin birində naməlum şəxsin onun sifətinə yumruqla vuraraq, 500 manatını aldığını bildirib.

DİN mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Təmirazov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.