Rusiyada diplomatın meyiti nazirliyin tualetindən tapıldı

Rusiyada Xarici İşlər Nazirliyinin binasında kişi meyiti tapılıb.

Bu barədə REN TV məlumat yayıb.

İlkin məlumat əsasən, binanın 19-cu mərtəbəsinin tualetində aşkarlanan meyit nazirliyin 68 yaşlı əməkdaşına məxsusdur.

Rusiya XİN diplomatın ölümünü təsdiqləyib. Həmin şəxsin Krivov Oleq Nikolayeviç olduğu bildirilir.

Hadisənin təfərrüatı barədə məlumat verilmir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *