Bakıda yaşayış binasında yanğın – VİDEO

Suraxanı rayonunda yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Baku.ws-ə məlumat verilib.

Verilən məlumata görə, yanğın Yeni Günəşli A.B massivi, bina 118 ünvanında qeydə alınıb.

Yanğın binanın 9-cu mərtəbəsində qeydə alınıb.

Hadisə zamanı xəsarət alan barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.