Qubada “Prado” aşdı – İki nəfər kömək gözləyir

Qubanın Təngəaltı istirahət zonasında “Prado” markalı maşın aşıb.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yolların buz bağlaması ilə əlaqədar olaraq avtomobilin sürücüsü idarəetməni itirib. İki nəfər – sürücü və yanındakı sərnişin köməksiz vəziyyətdə avtomobildə sıxışıb qalıb.

Hazırda FHN Xaçmaz regional mərkəzinin xilasecidiləri həmin əraziyə gedirlər.

Hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları da cəlb olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *