Avtomobil 6 yaşlı uşağın ayağının üstündən keçdi – Gəncədə DƏHŞƏT

Gəncə şəhərində 6 yaşlı uşağı avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil 2013-cü il təvəllüdlü Fərid Azər oğlu Məmmədovun sol ayağının üzərindən keçib.

Ağır xəsarət alan uşaq öncə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və ona sol ayağının sınığı diaqnozu qoyulub. F.Məmmədov daha sonra özəl xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *