Bakıda sərnişin avtobusu hərəkətdə olarkən alışdı – VİDEO

Bakıda sərnişin avtobusu yanıb.

Bu barədə hadisə şahidləri Baku.ws-ə məlumat veriblər. Bildirilir ki, sərnişin avtobusu hərəkətdə olarkən yanıb.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib ki, yanan avtobus 176 saylı sərnişin avtobusu olub. Maşın xarab olub və təmirə gedərkən yanıb.

Hadisə baş verərkən avtobusun içərisində təkcə sürücü olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *